Room101

Məxfilik Siyasəti

Bu səhifə Room101 platformasında hansı məlumatların toplandığını, niyə istifadə edildiyini və hesab silinməsi zamanı nə baş verdiyini izah edir.

Toplanan məlumatlar

  • Ad və soyad
  • Telefon nömrəsi
  • Email ünvanı
  • Dəqiq GPS məkan məlumatı, yalnız GPS check-in zamanı
  • Push bildiriş tokeni, Firebase/Expo bildirişləri üçün

Məlumatlar niyə istifadə olunur?

  • Hesab yaratmaq və istifadəçini tanımaq
  • Rezervasiya sorğusunu qəbul etmək və təsdiqləmək
  • WhatsApp OTP doğrulaması göndərmək
  • GPS check-in ilə məkan təsdiqi aparmaq
  • Rezervasiya statusu və xatırlatma bildirişləri göndərmək

Üçüncü tərəf xidmətləri

Room101 bəzi texniki funksiyalar üçün etibarlı xidmət təminatçıları ilə işləyir:

  • Firebase/FCM - push bildirişlərin göndərilməsi üçün
  • WasenderAPI/WhatsApp - yalnız OTP kodlarının göndərilməsi üçün
  • Google Maps - istiqamət və xəritə funksiyaları üçün
  • Cloudflare - hosting, DNS və təhlükəsizlik infrastrukturu üçün

Saxlanma müddəti

Məlumatlar hesabınız aktiv olduğu müddətdə saxlanılır. Rezervasiya məlumatları hotel uçotu və əməliyyat tarixçəsi üçün qanuni və biznes ehtiyacları çərçivəsində qorunur.

Hesabın silinməsi

Hesabınızı mobil tətbiq daxilində və ya room101.online/hesab-silme səhifəsindən silə bilərsiniz. Silinmə zamanı profil məlumatlarınız anonimləşdirilir, keçmiş rezervasiyalarınız hotel uçotu üçün saxlanılır, lakin adınız və telefon nömrəniz həmin rezervasiyalardan çıxarılır. Toplanmış bal və cashback balansı ləğv olunur və geri qaytarılmır.

Əlaqə

Məxfiliklə bağlı suallar üçün bizimlə əlaqə saxlayın: [email protected]